Azərbaycan millisinə baş məşqçi təyin olundu - FOTO

GÜNDƏM 25.04.2022 687

Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin iclası keçirilib.

Oxu.Az xəbər verir ki, iclasda 9-10 aprel tarixlərində təşkil olunan Azərbaycan çempionatının nəticələri, yığma komandanın formalaşdırılması, beynəlxalq turnirlərdə iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb, bir sıra qərarlar qəbul olunub.

Qərara əsasən, Rizvan Rəsulov AAAF-ın baş katibi, Kamran Əliyev icraçı direktor, Emil Əliyev Azərbaycan milli yığma komandalarının baş məşqçisi, Asif Məmmədov kişilərdən ibarət yığma komanda üzrə böyük məşqçi, Sərdar Həsənov qadınlardan ibarət yığma komanda üzrə böyük məşqçi, Oqtay Muxtarov isə yeniyetmələrdən ibarət yığma komanda üzrə böyük məşqçi təyin olunub.

Baş məşqçi Emil Təvəkkül oğlu Əliyev 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olub. 1994-98-ci illərdə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb.

E.Əliyev uzun müddət Azərbaycan yığma komandasında idmançı kimi çıxış edib. Dəfələrlə Azərbaycan çempionu, beynəlxalq yarışlarının iştirakçısı və medalçısı olub. Ustad ağır atletlər arasında üçqat Avropa çempionu, Dünya Kubokunun sahibi, dünya çempionatının gümüş medalçısıdır.

O, ağır atletika üzrə Azərbaycan Respublikasının idman ustasıdır. Məşqçiliyə 2013-cü ildən başlayıb. 2016-cı ildə “Zirvə” beynəlxalq idman klublarında işləyib, 2017-ci ildən isə fəaliyyətini Mərkəzi Ordu İdman Klubunda davam etdirib, bu günə qədər orada çalışıb. 2017-2018-ci illərdə Azərbaycanın gənc ağır atletlərdən ibarət yığma komandasında məşqçi postunu tutub.

 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top