AFFA Şamaxı Şəhər Stadionu üçün Güləş və Ağır Atletika Federasiyalarından cavab gözləyir - FOTOREPORTAJ

GÜNDƏM 23.04.2022 1546

Ötən il açılmış Şamaxı Şəhər Stadionunun tikintisi üçün UEFA 87% (təxminən 4 milyon manat), AFFA isə 13% xərc çəkib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə AFFA-nın yeni baş katibi Sərxan Hacıyev bildirib.

AFFA-nın 30 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində Şamaxı Şəhər Stadionuna təşkil olunan media tur zamanı bəlli olub ki, qapı arxası tribunalar artırıla bilər. Belə ki, AFFA-nın baş katibinin müavini Kamran Vəliyev bu barədə açıqlama verib.

Ancaq o, arenada işıqlandırılmanın nəzərdə tutulmadığını söyləyib:

“Əvvəldən qalan projektor dirəkləri var. Bunlar da ərazinin işıqlandırılması üçün istifadə olunub. Çünki stadionda ot örtüyünün tam işıqlandırılması üçün dörd tərəfdən projektor quraşdırılmalıdır. Hazırkı mövcud inşaat işlərində bu planlaşdırılmayıb. Gələcəkdə işıqlandırma maliyyədən asılı olaraq mümkün ola bilər”.

K.Vəliyevin sözlərinə görə, bu süni örtüklü meydançada “Şamaxı” klubu II təsnifat mərhələsinə kimi avrokubok oyunlarını keçirə bilər.

Daha sonra stadionun ərazisində yerləşən idman kompleksi ilə tanış oluruq. Həmin yerdə fitnes zalı, uşaqlar üçün mini meydança və güləş zalı fəaliyyət göstərir.

Bildiyiniz kimi, Şamaxı rayonundan yaxşı güləşçilər çıxır. Bu səbəbdən də bu zal Güləş Federasiyasının region üzrə nümayəndəliyinin ixtiyarına verilə bilər. Həmçinin bu zalda ağırlıqqaldırma ilə də məşğul olmaq ehtimalı var. Hazırda AFFA bu iki federasiyadan cavab gözləyir. Bu səbəbdən də üzərində güləş zalı yazılan zalın içərisi boşdur. Hansı federasiya qabağa düşsə, o idman növünə aid inventarlar ora quraşdırılacaq.

 























Qeyd edək ki, 2200 tamaşaçı tutumuna malik olan Şamaxı Şəhər Stadionu tamamilə sökülərək yenidən inşa olunub və noyabrın 1-də açılıb. Açılış mərasimində Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top