“KamAZ”la BMW toqquşdu, xəsarət alan var

HADİSƏ 23.04.2022 674

Sabirabadda minik və yük avtomobilləri toqquşub.

APA-nın məlumatına görə, hadisə Sabirabad şəhərində qeydə alınıb.

Sabirabad şəhər sakini, 1989-cu il təvəllüdlü Əkbərli Mircəlal Seyfəddin oğlu idarə etdiyi BMW markalı avtomobillə “KamAZ” markalı yük avtomobili toqquşub. Nəticədə BMW-nin sürücüsü ağır kəllə-beyin travması alıb. O, Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top