Psixiatr COVID-19-dan sonra yaranan əsas şikayətləri açıqlayıb

GÜNDƏM 21.04.2022 687

Moskva Səhiyyə Departamentinin baş ştatdankənar psixiatrı Georgi Kostyuk koronavirusdan sonra xəstələrin ən çox nədən şikayətləndikləri barədə danışıb.

Mütəxəssisin sözlərinə görə, xəstələrin əksəriyyəti iş qabiliyyətinin azalması, yaddaşın pisləşməsi və düşüncə aydınlığının pozulmasından şikayət edir. Bu vəziyyət artıq “COVİD dumanı” adını alıb.

“Koronavirus infeksiyasına qalib gəlindiyi hallarda belə, sağlamlığın tam bərpası çətin başa gəlir və bəzi hallarda sağaldıqdan sonra da nəticələr narahat edir”, – deyə psixiatr qeyd edib.

Bu təsirlərin konkret davametmə müddəti ilə bağlı məlumat verməyən Kostyuk qeyd edib ki, bu əlamətlər ağır pnevmoniya və ya digər virus xəstəliklərindən sonra sağalan insanlarda olduğundan daha uzun müddət davam edə bilir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top