Neftçalada Kürün səviyyəsinin enməsi nəticəsində küp qəbirlər aşkarlanıb - FOTO

GÜNDƏM 16.04.2022 1433

Neftçala rayonunun Aşağı Surra, Balaca Surra, Pirəbbə, Cəngən kəndləri ərazisində Kür çayının səviyyəsinin enməsi nəticəsində çayın en kəsiyində küp qəbirlər aşkarlanıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Bildirilib ki, yeni aşkarlanan abidələrdə tədqiqat işləri aparmaq üçün AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Arxeoloji abidələrin toplusu sektorunun əməkdaşları rayona ezam olunublar.

Qeyd olunub ki, hazırda araşdırmalar davam etdirilir.

 


XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top