UFC döyüşçüsü: “Biləsuvara getməyi planlaşdırıram” - EKSKLÜZİV

GÜNDƏM 15.04.2022 921

“Azərbaycanca bir neçə söz bilirəm”.

Bunu Oxu.Az-a eksklüziv açıqlamasında Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev deyib.

Qazaxıstanda doğulmuş, Qırğızıstan vətəndaşı, atası azərbaycanlı olan Rafael çərşənbə axşamı məşq keçdiyi Tailanddan Bakıya gəlib. Bu onun Azərbaycana ilk səfəri olub. O dünən “Renzo Qreysi” Akademiyasında azərbaycanlı idmançılara master-klass keçib.

İdmançı master-klassını rus dilində keçib. Bəs Fiziyev doğma Azərbaycan dilində bilirmi? Sualımıza idmançı belə cavab verib:

“Azərbaycanca bilsəm də, sizinlə danışa bilmərəm. Çünki qorxuram ki, cümlələri səhv deyim. Bununla bağlı kompleksim var. Amma söz verirəm ki, gələn səfərimdə sizinlə azərbaycanca danışmağa çalışacağam”.

Rafaelin atası əslən Biləsuvar rayonundandır. Bəs o həmin rayona baş çəkibmi?

“Valideynimin əslən olduğu yerə getmək istərdim. Ancaq bu dəfə qismət olmadı. İyunda UFC-də növbəti döyüşüm olacaq. Həmin döyüşdən sonra – yayda yenidən Azərbaycana gəlməyi düşünürəm. Onda Biləsuvara da getməyi planlaşdırıram”.

Qeyd edək ki, 29 yaşlı Rafael Fiziyev indiyədək keçirdiyi 12 MMA döyüşündən yalnız birində məğlub olub. O həmin məğlubiyyətini UFC-də keçirdiyi ilk görüşündə – 20 aprel 2019-cu ildə rusiyalı Məhəmməd Mustafayevlə döyüşdə alıb. Fiziyev UFC-də keçirdiyi son beş görüşündə məğlub olmayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top