Moldovalı diplomat Ukraynaya yardıma görə Azərbaycana təşəkkür etdi

GÜNDƏM 15.04.2022 888

“Dost Azərbaycan ölkəsi yenə də Moldovaya bu çətin zamanda yardım edir”.

Oxu.Az-ın məlumatına görə, bu sözləri Moldovanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Nikolae Kojuhar bəyan edib.

Onun sözlərinə görə, Rusiyanın genişmiqyaslı hərbi əməliyyatları nəticəsində Ukraynada yaranan vəziyyətlə əlaqədar 400 min ukraynalı Moldovadan keçməklə digər ölkələrə yerləşdirilib.

“Amma hazırda 100 min ukraynalı Moldova ərazisindədir. Bu, Moldova əhalisinin dörd faizidir”, - deyə o bildirib.

Diplomatın sözlərinə görə, ukraynalı məcburi köçkünlərin ehtiyaclarının qarşılanması məqsədilə Azərbaycan dövləti tərəfindən dərman vasitələrindən ibarət bir milyon dollarlıq (1,7 milyon manat) humanitar yardım bu gün Moldovaya yola salınıb.

O, bu çətin vəziyyətdə Azərbaycan Respublikası tərəfindən edilən yardıma görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

“Bu, ölkələrimiz arasında dost münasibəti bir daha təsdiqləyir”, - deyən diplomat bu dostluğun daha da möhkəmlənəcəyini vurğulayıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top