
Dünən Nizami Kino Mərkəzində
Bakı Media Mərkəzinin istehsalı olan
böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolundan bəhs edən "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi keçirildi. Qeyd edək ki, bu film, Hacı Zeynalabdin Tağıyevə həsr olunmuş serial silsiləsindən olan 2-ci filmdir. Daha əvvəl, ötən aylarda serialın "Tağıyev: neft" adlanan 1-ci filmi nümayiş etdirilmiş və böyük uğur qazanmışdı.
Təqdimat mərasimində layihənin rəhbəri və baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, hökümət nümayəndələri, Milli Məclisin üzvləri, tanınmış elm və mədəniyyət xadimləri iştirak edirdilər.
Bu qiymətli layihəni araya-ərsəyə gətirən bütün yaradıcı heyətə, xüsusilə filmin baş prodüseri Arzu Əliyevaya tarixi, milli və mənəvi dəyərlərimizə göstərdikləri həssaslıq və qədirbilənlik üçün minnətdaram.


