Universitet tələbəsi faciəli şəkildə HƏLAK OLDU

Sadə xəbər
GÜNDƏM 17.01.2025 2919

Ötən gün faciəli şəkildə həlak olan Aylin Məmmədova Lənkəran Dövlət Universitetinin (LDU) tələbəsi olub

Bu barədə Oxu.Az-a universitetdən məlumat verilib.

Qeyd olunur ki, o, LDU-nun "Filologiya və ibtidai təhsil" fakültəsinin xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasının II kurs tələbəsi idi.

Xatırladaq ki, hadisə ötən gün axşam saatlarında Ələt-Astara yolunun Masallı rayonunun Təzə Alvadı kəndindən keçən hissəsində qeydə alınıb.

Masallı rayonunda piyadavurma hadisəsi baş verib.

Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə dünən saat 19 radələrində Ələt-Astara yolunun 154-cü kilometrliyində - Təzə Alvadı kəndinin ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Niyazi İkram oğlu Abdullayev idarə etdiyi "Mercedes-Benz" markalı, 10-UT-770 dövlət nömrə nişanlı avtomobillə yolu keçən kənd sakini, 2006-cı il təvəllüdlü Aylin Malik qızı Məmmədovanı vurub.

Xəstəxanaya yerləşdirilmiş A.Məmmədova orada ölüb. Məlumata görə, hadisə A.Məmmədova avtobusdan düşüb yolu keçərkən baş verib. O, universitetlərdən birinin tələbəsi imiş.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top