Manşet
Azad edilmiş ərazilərdə Böyük Qayıdışa həsr olunmuş növbəti fləşmob Şuşada təşkil edilib.
Bu barədə "Saat24.az"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, tədbirdə Şuşa şəhər 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan uşaqlar birlikdə “Şuşa” sözünü “canlandırıblar”.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapışırıqlarına uyğun olaraq, Qarabağa və Şərqi Zəngəzura "Böyük Qayıdış" Proqramı intensiv qaydada icra edilir.