Şirvanda sanitariya-gigiyena qaydalarını pozan və azyaşlılara tütün məmulatları satan şəxslər barəsində tədbirlər görülüb-Foto

Sadə xəbər
CƏMİYYƏT 18.11.2024 2639
Şirvanda sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə polisin keçirdiyi tədbir zamanı bir neçə ünvanda məişət tullantılarının qalaqlanması faktı aşkar olunub. Yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb. Antisanitar hallara yol verən şəxslər barəsində müvafiq tədbirlər görülüb. Bundan əlavə, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı 4 mağazada satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satması aşkar edilib.
Həmin satıcılar barəsində inzibati tənbeh tədbirləri görülüb və onların hər biri qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top