İşğaldan azad edilmiş ərazilər “yaşıl enerji” zonasına çevrilir

Manşet
CƏMİYYƏT 16.11.2024 2424

"Hazırda işğaldan azad olunmuş ərazilərdə tullantıların müasir standartlara uyğun idarə edilməsi sisteminin qurulması işlərinə başlanılıb".

"Saat24.az" xəbər verir ki, bunu COP29 çərçivəsində Azərbaycanın BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan “Ətraf mühit üzrə fəaliyyətin icmalı” (EPR) hesabatının təqdimatında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, tullantıların idarə olunması məsələsi xüsusi diqqət tələb edir: “Bakı şəhərində məişət tullantılarının idarə edilməsində artıq nailiyyətlər var. Bölgələrdə isə müasir regional poliqonların və ötürücü məntəqələrin qurulması və mövcud poliqonların reabilitasiyası nəzərdə tutulub”.

Nazir müavini əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası istiqamətində region iqtisadiyyatının yaşıllaşdırılması ilə bağlı ölkə rəhbərliyi tərəfindən verilən mühüm qərarlar iqlim dəyişmələrinin təsirlərinin azaldılması üçün imkanlar yaradır:

"Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Yaşıl artım konsepsiyasının tərkib hissəsi kimi işğaldan azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi və burada karbon neytrallığı hədəfinə nail olunması istiqamətində siyasət həyata keçirilir”.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top