Manşet
Bu gündən Azərbaycanda COP29 tədbiri başlayır.
"Saat24.az" xəbər verir ki, bununla əlaqədar Bakıda nəqliyyatın hərəkətinin optimal təşkili üçün bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Bölgələrdən gələn avtomobillər aşağıdakı şəkildə yönləndirilir:
- Şıxov istiqamətində, yəni, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək, oradan Badamdar və ya Yasamal, "Şamaxinka” istiqamətinə gedə biləcəklər;
- Şamaxı-İsmayıllı istiqamətindən hərəkət edən nəqliyyat vasitələri Müşfiqabad-Xocahəsən yolunda təşkil olunacaq postlarda nisbətən azaldılmaqla "Şamaxinka”dan geriyədönmə və Ziya Bünyadov prospektinə fasilələrlə buraxılacaq;
- Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq;
- Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq;
Qeyd edək ki, COP29 zamanı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.