Azərbaycanda orta sərhədkeçmə müddəti 26 dəqiqəyə endirildi

Manşet
CƏMİYYƏT 05.11.2024 2964

Bu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) vasitəsi ilə sərhədkeçmə müddəti çərçivəsində nəqliyyat vasitələrinin qeydiyyatının aparılmasına sərf olunan vaxt ötən ilin eyni dövrü ilə müqayisədə 53 % müsbət dinamika müşahidə olunmaqla 55 dəqiqədən 26 dəqiqəyə endirilib.

"Saat24.az" xəbər verir ki, qeydiyyat prosesi 30 dəqiqəyə qədər tamamlanan nəqliyyat vasitələrinin payında da artım müşahidə olunub.

"Ümumi nəqliyyat vasitələrinin 49 %-nin qeydiyyatının 30 dəqiqə ərzində tamamlandığını nəzərə alsaq, bu ilin müvafiq dövründə artıq 66 % nəqliyyat vasitəsinin qeydiyyatı tamamlanıb ki, bu da 18% müsbət dinamikanın göstəricisidir", - deyə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyası bəyan edib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top