Sadə xəbər
Zərdab rayonunda mağazalardan silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıblar. Belə ki, Zərdab Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən mağazaların sahibləri onlara məxsus obyektlərdən naməlum şəxslər tərəfindən pul, danışıq kartları, tütün məmulatları, spirtli içkilər və ərzaq məhsullarının oğurlnması barədə məlumat veriblər. Şöbə əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib və zərərçəkənlərin izahatları alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin hadisələrin C.Qafarov,M.Nəbiyev,İ.Namazlı
tərəfindən törədildiyi müəyyən edilib.
Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin Zərdab və ətraf rayonlarda digər hüquqazidd əməllərdə iştirak edib-etmədikləri araşdırmalardan sonra məlum olacaq.
Saat24.Az Coşqun Abdullayev