Suriya və İraqdan 8 nəfər Azərbaycana repatriasiya edildi

Manşet
CƏMİYYƏT 07.10.2024 2131

Suriyadan sentyabrın 18-dən 6, İraqdan oktyabrın 7-də 2 nəfər Azərbaycana repatriasiya edilib.

"Saat24.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ilk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub. Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan vətəndaşların Azərbaycana repatriasiyası həyata keçirilib.

Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir", - deyə məlumatda vurğulanıb.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top