Sadə xəbər
Bakı Şəhəri Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov 7-də yerləşən "Möcüzə" marketdə özbaşınalıq, işcilərin əməyini istismar etmək adi hal alıb.
17.09.2024 tarixində vətəndaş şikayəti ilə bağlı (ailə üzvümün) "Möcüzə" marketdə getdim.
Marketin ətrafında rəhbər üzvlərdən biri, səhv etmirəmsə, mağaza müdiri Anar adlı şəxslə rastlaşdım. Ondan xanımı nə ücün azad etmək istədiklərini soruşduqda vecsiz şəkildə "yaxınlaşın kadrlar şöbəsinə, sizə izah edəcəklər" - dedi. Biz kadrlar şöbəsinə ofisinə gedib işciyə "ya gəl, özün işdən azad olmaq ücün ərizə yaz, ya da biz səni işdən çıxarırıq" deyilməsinin səbəbini soruşdum və bildirdim ki, mən jurnalistəm , xahiş edirəm, bir açıqlama verin.
Kadrlar şöbəsinin əməkdaşı Nigar xanım bizi cox yaxşı qarşıladı və acizənə şəkildə bu məsələnin müdiriyyətin göstərişi olduğunu bildirdi. Mən bununla bağlı Dövlət əmək müfəttişliyinə şikayət edəcəyimi bildirdim, Nigar xanım mağaza müdiri Anar müəllimə zəng edib "vətəndaş sizinlə danışmaq istəyir, əks halda müəssisədən şikayət edəcək" - desə də Anar danışmaqdan imtina etdi və bildirdi ki, biz Rasim müəllimi gözləyək, o, nə vaxt gələrsə, onunla danışarıq.
Təxminən 3 saat gözlədik, sahibkar Rasim müəllim isə gəlmədi.
Biz də Dövlət əmək müfəttişliyinin qaynar xəttinə zəng edib şikayətimizi bildirdik. Əmək müqaviləsinə görə iş saatı 9.00-18.00-dir, amma işçidən 8.00da işdə olması tələb edilib, nahar fasiləsi 1 saat olduğu halda, 15 dəqiqə nahar fasiləsi verilib. İşçi səhər 08.05-də işə gəlməsinə görə ona cərimə yazılıb və Sevinc xanım tərəfindən işçidən vəzifəsi operator olmasına baxmayaraq qaraj müdirinin səlahiyyətində olan işlərə baxması və hər gün işə çıxan maşınları yoxlaması tələb edilib. Etiraz edən işçi yenidən 50 manat cərimə olunub və bu cərimələr əmək haqqından çıxarılıb.
Azərbaycan Respublikası Vergilər nazirliyi və Dövlət Əmək müfəttişliyindən bir Azərbaycan Respublikasının vətandaşı kimi xahiş edirəm, şikayətimlə bağlı adı cəkilən marketdə yoxlama keçirilsin, hüquqlarımızı bərpa etmək ücün bizə köməklik göstərilsin!
Ümid edirəm ki, haqq yerini tapacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Saat24.Az Ramin Cavadov