Azərbaycanda maaş və pensiyalar nə qədər artacaq? - Ekspert açıqladı

Manşet
Sosial 20.09.2024 2915

"Ötən il təqaüdlər artsa da, minimum əməkhaqqı artmadı. Hazırda 345 manat olan minimum əməkhaqqının müəyyən qədər artacağı ilə bağlı gözləntilər var idi, amma olmadı. Ona görə yanvarın 1-dən minimum əməkhaqqında 10 faizlik artım gözlənilə bilər".

Bunu "Saat24.az"a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, minimum əməkhaqqının artması ümumilikdə əməkhaqqının artmasına səbəb olacaq:

"Bu artımın 10 % civarında olacağını düşünürəm. Təqaüdlərlə bağlı bu il artım olub. Çox güman ki, 2025-ci ildə indeksləşmə baş verəcək. Orta aylıq əməkaqqının və inflyasiyanın göstəricilərinə əsasən 4-5 % civarında indeksləşmə olacağını düşünürəm. Böyük artım olacağını fikirləşmirəm. Ümumilikdə, sosial xərclərin artırılması müsbət haldır. Çox güman ki, maaşlar daha çox aratcaq.  Belə ki, cari ildə təqaüdlərə artım olmuşdu. O baxımdan maaşların təqaüdlərdən daha çox artması ehtimalı var".

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.

XƏBƏR LENTİ
20.09.2024 2102

DİGƏR XƏBƏRLƏR

Loading
Top