“Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsinin təqdimat tədbiri keçirilmişdir.

Sadə xəbər
CƏMİYYƏT 20.09.2024 2613


“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsinin təqdimatını Zərdab şəhər Heydər Əliyev Mərkəzində həyata keçirib. Təqdimatda 100 nəfər - məktəbli, müəllim və valideynlər iştirak edib.
İlk öncə təşkilatın sədr müavini Eldar Xəlilov tədbiri açıq elan etdi, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin tarixi Azərbaycan Respublikasında Dövlət Suverenliyi gününə təsadüf edib və həmin gün qeyd olunaraq gənclərin nəzərinə bir daha çatdırılıb.
Təşkilatın sədri Vəfa Xəlilli AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib.
Təqdimatda Zərdab Peşə Liseyinin Direktoru Babək Mikayılov çıxış edərək layihənin önəmindən danışıb, gənclərə karyera yolunda planlamanın əhəmiyyətindən danışıb.
Tədbirdə yumşaq bacarıqlardan, insanın başqaları ilə işləmək qabiliyyətinin təkmilləşdirilməsindən və gənclərin karyeralarının irəliləməsində müsbət təsir göstərən əhəmiyyətli məqamlardan danışılıb. Xüsusən region gəncləri və yeniyetmələri üçün yumşaq bacarıqların inkişafı, karyera planlamasının vacibliyi vurğulanıb.
Layihənin məqsədi region gənclərinin yumşaq bacarıqlarının inkişafına və onlara karyera planlamasının öyrədilməsindən ibarətdir.
Təqdimat iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet) paylanılıb. İştirakçılar çay süfrəsində müzakirələrə davam ediblər.
Qeyd edək ki, layihənin növbəti mərhələsində məktəblərdə yeniyetmə şagirdlərin iştirakı ilə təlimlər və Zərdab rayonunda 25 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Planlaması Məktəbi” keçiriləcək.


“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli
 
XƏBƏR LENTİ
20.09.2024 2103

DİGƏR XƏBƏRLƏR

Loading
Top