Paşinyanı devirməyə çalışanlardan biri hərbi birləşmə lideri imiş

Manşet
DÜNYA 19.09.2024 2342

Xəbər verdiyimiz kimi, Ermənistanda hakimiyyəti ələ keçirməyə çalışan dəstə həbs edilib. 

"Saat24.az" erməni KİV-ə istinadən xəbər verir ki, həbs edilənlərdən biri "Qara Pantera" hərbi birləşməsinin lideri Serob Qasparyandır. 

O, 44 günlük müharibədə iştirak edib. Daha sonra Qarabağdan Ermənistana qaçıb. 

Bundan əvvəl qeyd olunub ki, Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində bir qrup şəxsin qabaqcadan razılaşdırılaraq hakimiyyəti ələ keçirməyə hazırlaşması barədə məlumat daxil olub.

Qarabağ erməniləri və Ermənistan vətəndaşları ayda 220 min rubla işə götürülərək yeni silahlarla tanış olmaq və onlardan istifadəni öyrənmək üçün Rusiyaya göndərilirdilər.

Sözügedən əməli törətdiklərinə görə 7 nəfər barəsində cinayət işi başlanıb. Onlardan 3-ü həbs edilib, 4-ü isə axtarışa verilib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top