"Ermənistan region ölkələrinin ərazi bütövlüyünü tanıyır" - Paşinyan

Manşet
SİYASƏT 18.09.2024 3255

Dünyada heç bir ölkə və ya hərbi birləşmə Ermənistanın təhlükəsizliyini təmin etmək iqtidarında deyil.

"Saat24.az" xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Dünya Erməni Sammiti çərçivəsində panel müzakirəsi zamanı açıqlayıb. 

"Ermənistan öz təhlükəsizliyini təmin etməyə qadirdir", - deyə o, regionda sülhün təmin olunacağı təqdirdə bu təhlükəsizliyin təmin edilməsinin mümkün olduğunu bildirib. 

Paşinyan Ermənistanın region ölkələrinin ərazi bütövlüyünü tanıdığını və heç bir ölkənin ərazisi ilə bağlı heç bir ambisiyanın olmadığını bir daha təsdiqləyib.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top