Pentaqon İsraildən qorxur - KİV

Sadə xəbər
DÜNYA 19.09.2024 3230

İsrail Livanda genişmiqyaslı müharibəyə başlaya bilər.

"Saat24.az" "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir ki, ABŞ-nin müdafiə naziri Lloyd Ostin Pentaqonun digər yüksək rütbəli rəsmiləri ilə görüşdə belə narahatlığını bölüşüb.

Ostinin düşüncələrinə Livanda çoxsaylı peycer partlayışları ilə bağlı hadisələr səbəb olub. Amerika təhlükəsizlik departamentinin nümayəndələrinin proqnozlarına görə, onlar İsrail hərbçilərinin daha genişmiqyaslı hərəkətlərinə başlamaq üçün siqnal ola bilər.

Həmçinin, bəzi mənbələr İsrail ordusunun daha əvvəl Qəzzada fəaliyyət göstərən hərbi qulluqçulardan ibarət bütöv bir diviziyanı ölkənin şimalından cənuba köçürdüyünü bildirir. Onun sayı minlərlə döyüşçüdür.

İsrail hakimiyyəti artıq Hizbullaha xəbərdarlıq edib ki, əgər o, qoşunlarını Livanın cənubundan çıxarmasa, qarşıdurmada yeni mərhələ başlayacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top