Deputatlığa namizəd Jalə Əliyeva Zərdab rayonunun Çallı kəndində seçicilərlə görüş keçirib -FOTO

Sadə xəbər
CƏMİYYƏT 26.08.2024 2421

Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 95 saylı Zərdab- Kürdəmir-Ucar Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, professor, Jalə Əliyeva seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.

Saat24.Az-ın məlumatına görə, növbəti görüş Zərdab rayonunun Çallı kəndində Çallı və Alıçanlı kənd seçiciləri ilə keçirilib.

Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Vəkillər Zemfira Eyvazova və Könül Rəhimova seçicilərə Jalə Əliyevanın deputat kimi gördüyü işləri və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat veriblər.

Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Jalə Əliyeva Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.
Jalə Əliyeva bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.

Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Jalə Əliyevaya yedilliklə dəstək ifadə ediblər. Seçicilər qeyd ediblər ki, Jalə Əliyeva hər zaman onların etimadını doğruldub, daim seçiciləri ilə bir yerdə olub. Ona görə də sentyabrın 1-də professor Jalə Əliyevaya səs verəcəklər.

Arzu Raminqızı 


 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top