Jalə Əliyeva Kürdəmir rayonunun Axtaçı kəndində Axtaçı və Axtaçı- Qarabucaq kəndindən olan seçicilərlə növbəti görüşünü keçirib-FOTO

Sadə xəbər
CƏMİYYƏT 23.08.2024 3100

Saat24.Az xəbər verir ki, xanım namizədin vəkilləri  Tahir İsmayılov , Valeh Feyzullayev və Könül Rəhimova çıxış edərək Jalə Əliyevanın seçki platformasını açıqlayıblar.

Bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkədə ictimai-siyasi sabitlik təmin edilib, iqtisadiyyatın şaxələndirilməsi prosesi uğurla həyata keçirilib.

Vəkillər xanım namizədin  platformasından danışaraq seçiciləri parlament seçkisində fəal iştirak etməyə və ən layiqli namizəd Jalə Əliyevaya səs verməyə çağırıblar. Və qeyd ediblər ki, Jalə Əliyeva deputat seçiləcəyi təqdirdə ona  göstərilən inam və etimadı layiqincə doğruldacaq və onları Milli məclisdə layiqincə təmsil edəcək.

Deputatlığa namizəd Jalə Əliyeva qeyd edib ki, hazırkı tarixi mərhələdə qarşıda mühüm vəzifələr durur. O bildirib ki, Azərbaycanın inkişafını yeni mərhələyə çatdırmaq, dövlətimizi daha qüdrətli etmək, vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə nail olmaq, sabitliyi qorumaq onun seçki proqramının əsasını təşkil edir. Bundan başqa, Jalə Əliyeva seçicilərinin sosial-rifah halının daha da yaxşılaşdırılması, qarşılaşdıqları problemlərin həlli üçün əlindən gələni edəcəyini, onların sözünü Milli Məclisin tribunasından səsləndirəcəyini söyləyib.

Daha sonra Jalə Əliyeva seçicilərin problemləri ilə maraqlanıb, onların qaldırdıqları məsələlərlə bağlı fikirlərini bildirib.Seçiciləri maraqlandıran sualları cavablandıran deputatlığa namizəd qaldırılan hər bir məsələyə diqqətlə yanaşacağını, əhalini narahat edən problemlərin həlli üçün əlindən gələni edəcəyini vurğulayıb.

Görüşdə çıxış edən seçicilər Jalə Əliyevanın layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını bildiriblər.

Görüş iştirakçıları Jalə Əliyevaya uğurlar arzulayıblar.

 

Saat24.Az Arzu Raminqızı 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top