Jalə Əliyeva təbliğat və təşviqat kampaniyasına start verdi -Foto

Sadə xəbər
CƏMİYYƏT 09.08.2024 2744


95 saylı Zərdab - Kürdəmir -Ucar seçki dairəsindən olan namizədlərin seçicilərlə görüşü başlayıb.

 

Saat24.Az xəbər verir ki, artıq həmin dairədən deputatlığa namizəd, yeddinci çağrıış Milli Məclisin üzvülüyünə namizəd Jalə Əliyeva bu gün Zərdab rayonunun Gəlmə, Alıbəyli kəndindən olan  seçiciləri ilə bir araya gəlib.

 

Görüş zamanı Jalə Əliyeva özü və fəaliyyəti barədə məlumat verib.

 

Daha sonra çıxış edən kənd sakinləri, deputat olduğu dövrdə o kəndə göstərdiyi diqqət və qayğısı, ərizə və şikayətlərə verdiyi cavabı, ərizə və şikayətlər nəticəsində onlara edilmiş köməkliklər barədə  ayrı-ayrılıqda Jalə Əliyevaya öz təşəkkürlərini bildiriblər və növbəti seçkilərdə də ona səs verəcəklərini deyiblər.

 

Görüşün sonunda Jalə Əliyeva şikayət və sözü olan seçicilərini fərdi qaydada qəbul edib.
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top