Sadə xəbər
2024-cü ilin iyun ayında ailə başçısını itirməyə görə 189.820 nəfərə pensiya və müavinət ödənilib.
Bu barədə "Saat24.az"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, onlardan 135.281 nəfər pensiya, 54.539 nəfər isə müavinət alıb.