Rusiyadan qayıdan Modi bu ölkəyə getdi

DÜNYA 10.07.2024 2908

Hindistanın baş naziri Narendra Modi Avstriyanın paytaxtı Vyanaya gedib. 

"Saat24.az" xəbər verir ki, Modi bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Vyanaya eniş etdim", - deyə o qeyd edib. 

Siyasətçi bu səfəri xüsusi adlandırıb. Modi buna səbəb kimi Hindistan və Avstriyanı ümumi dəyərlərin və “planeti yaxşılaşdırmaq istəyi”nin birləşdirməsini göstərib.

Modi əlavə edib ki, o, kansler Karl Nehammer ilə danışıqları və Hindistan ictimaiyyəti ilə qarşılıqlı əlaqəni səbirsizliklə gözləyir.

Qeyd edək ki, Modi bundan əvvəl Rusiyada səfərdə olub. 

XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top