2 milyondan çox insan təhlükə altındadır - “Beril” Texasa yaxınlaşır

Sadə xəbər
CƏMİYYƏT 09.07.2024 97

Karib dənizində yaranmış “Beril” qasırğası yerli vaxtla bazar ertəsi səhər saatlarında ABŞ sahillərinə yaxınlaşıb.

"Saat24.az" xəbər verir ki, Texas ştatının Mataqorda ərazisində küləyin sürəti saatda 138 kilometr olub. Qasırğa nəticəsində bölgədə leysan yağışı, tufan və şiddətli külək hökm sürüb. Qasırğa zamanı ağacın aşması nəticəsində bir nəfər həyatını itirib. Bölgədə iki milyondan çox insan elektrik enerjisiz qalıb.

Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, sahil boyu dağıdıcı zərər vuran qasırğa ştatın içərisinə doğru irəliləyir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top