İstefa verən məmurdan ağır sözlər: “Simasız adamlara çevrildiniz…”

Manşet
GÜNDƏM 20.06.2024 4114
Təhsil İnstitunun şöbə müdiri, Filologiya üzrə fəlsəfə doktoru Könül Aydın (Nəhmətova) tutduğu vəzifədən istefa verib.

"Saat24.az" Turantv.az-a istianədən xəbər verir ki, bu barədə o, özü məlumat verib. Alim uzun müddətdir iş yerində təzyiqlərə məruz qaldığını bildirib:

“İstefa verdim. İdarəetməsi, elmi sıfır olan, xalqa sədaqəti olmayan insanlarla işləməkdən yoruldum. SEO Xidməti

Məruz qaldığım bütün təzyiqləri, gördüyüm qanunsuzluqları zamanla hər kəs biləcək.. Hələ bu harasıdır… İtirən sizsiniz. Mənim deyil, ölkənin dərdini çəkmək lazımdır artıq.

Bunlarla işləmək mümkün deyil, yalnız vuruşmaq olar. İllərlə bunu etdim, indi ən azı, İlahi ədalətə tapşırıb gedirəm. Allah nəyə layiqdirlərsə, onunla qarşılasın əməllərini”.

O, istefasının səbəbini belə açıqlayıb:

“Mafiya (şəbəkə) qalib gəldi. Bunlar sizin idarəçiləriniz, bu da siz. Sağlıqla qalın. Mən çox dedim, siz ayılmadınız. Yuxunuz şirin olsun, mən getdim.

Mən bu ölkənin təhsilinin necə əxlaqsızcasına talandığını gördüm və tab gətirmədim, axırda məni uzaqlaşdırdılar. Bunlar – mafiya cəhənnəm. Çoxlarının leşə daraşmış quzğun kimi ordan-burdan dimdik atıb bir az qənimət ələ keçirmək istəkləri lap iyrəndirdi məni. Nə simasız adamlara çevrildiniz. Azərbaycan təhsilini pula satdiniz. Allah bir gün hamınızı çox ağır cəzalandıracaq, qarğa-quzğun sürüsü”.
 
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top