AVRO-2024: Belçika və Fransa yığmaları ilk görüşlərinə çıxacaqlar

idman 17.06.2024 2806

Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatında iyunun 17-də daha 3 oyun keçiriləcək.

"Saat24.az" xəbər verir ki, görüşlər D və E qruplarında baş tutacaq.

E qrupunda Rumıniya və Ukrayna yığmaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Bu qrupun digər görüşü saat 20:00-da Belçika ilə Slovakiya seçmələri arasında olacaq.

Günün son qarşılaşmasında Avstriya və Fransa komandaları görüşəcək. Matçın start fiti saat 23:00-da çalınacaq.

Qeyd edək ki, Avropa çempionatına iyulun 14-də yekun vurulacaq.

XƏBƏR LENTİ
15.07.2024 2543

DİGƏR XƏBƏRLƏR

Loading
Top