Azərbaycanda istehsal edilən maşınların sayı AÇIQLANDI

CƏMİYYƏT 15.06.2024 3170

2024-сü ilin yanvar-may aylarında Azərbaycanda 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az minik avtomobili istehsal olunub.

Bu barədə "Saat24.az"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 2024-сü ilin yanvar-may aylarında maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 297,1 milyon manatlıq məhsul istehsal edilib, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 18,4 faiz, maşın və avadanlıqların istehsalı 19,5 faiz azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 31,3 faiz artıb.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11,3 faiz azalıb.

XƏBƏR LENTİ
15.07.2024 2539

DİGƏR XƏBƏRLƏR

Loading
Top