“Azərişıq” paytaxtda və qəsəbələrdə yenidənqurma işlərini davam etdirir - VİDEO

Sadə xəbər
CƏMİYYƏT 12.06.2024 2923

Vətəndaşların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC bütün regionlarda olduğu kimi paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir. Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində Bakının ətraf kənd və qəsəbələrində köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir, yeni güc mərkəzləri yaradılır və şəbəkələr daha da gücləndirilir. 

"Saat24.az" xəbər verir ki, paytaxtın Binəqədi, Nizami, Xətai rayonlarında, Maştağa elektrik şəbəkəsinin ərazisində, həmçinin, Abşeronda əlavə olaraq, yeni güc mərkəzləri yaradılır. Sözügedən ərazilərdə ümumilikdə, 46 KTM quraşdırılır.  

Sabunçu, Qaradağ rayonlarında və Zirə qəsəbəsində  köhnə 0,4 kV və 6 kV-luq dayaqlar yeniləri ilə əvəz olunur. Həmçinin, 6 kV-luq hava xətti yenilənir, 0,4 kV-luq açıq naqillərin yerinə müasir ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel xətləri çəkilir. Sabunçu, Qaradağ və Zirədə ümumilikdə, əlavə olaraq 37 KTM-in tikintisi davam etdirilir.

Yenidənqurma işləri nəticəsində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində də 0.4 kV-luq və 6 kV-luq dayaqların yerlərinin qazıntısı aparılır. Həmçinin, əlavə olaraq, ərazidə yeni güc mərkəzinin bünövrəsinin hazırlıq işləri görülür. 

Suraxanıda 0.4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 0,4 kV-luq ÖİN kabel xətləri çəkilir. Həmçinin, rayon ərazisində əlavə olaraq, 9 KTM quraşdırılır. 

Biləcəri elektrik təchizatı və satışı idarəsinin ərazisində də 6 kV-luq dayaqlar basdırılır, eləcə də, 0,4 kV-luq elektrik xətlər yenilənir, əlavə olaraq, 12 ədəd KTM-in tikintisi davam etdirilir. Sumqayıt RETSİ-nə daxll olan Bağlar elektrik təchizatı və satışı idarəsinin ərazisində isə yenidənqurma işləri çərçivəsində 0,4 kV-luq dayaqlar və elektrik xətləri yenilənir, həmçinin, əlavə olaraq, 17 ədəd yeni KTM-in tikinti işlərinə start verilib.   

Xəzər RETSİ-nin ərazisində həyata keçirilən yenidənqurma işləri nəticəsində yeni 0.4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 6 kV-luq hava xətti yenilənir, həmçinin, rayon ərazisində əlavə olaraq, 27 KTM quraşdırılır. 

Həyata keçirilən yenidənqurma işləri sayəsində elektrik enerjisi itkilərinin minimuma endirilməsi hədəflənib. Paytaxt və ətraf ərazilərlə yanaşı “Azərişıq” ASC İnvestisiya Proqramına uyğun olaraq ölkənin bütün regionlarında bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsini yeniləyir.    

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top