Şifrəsiz "wi-fi"-lara qoşulanlara xəbərdarlıq - Bank kartınız oğurlana bilər (VİDEO)

GÜNDƏM 10.06.2024 6056
Saat24.az: - Şifrəsiz "wi-fi”-lara qoşulan zaman həm bank kartı məlumatlarınız oğurlana, həm də telefon zəngləriniz dinlənilə bilər.

Bu sözləri "Xəzər Xəbər”ə müsahibəsində IKT mütəxəssisi Elvin Abbasov deyib.

Onun sözlərinə görə, ictimai "wi-fi” şəbəkələrində yeni hesabların yaradılması və qeydiyyatı təhlükəlidir. Çünki bu halda hakerlər şəxsi məlumatlarınızı əldə edir.

Ekspert bu kimi hallarla rastlaşmamaq üçün şifrəsiz girişi mümkün olan "wi-fi”-lara qoşulmamağı məsləhət görür.

Çünki, bu kimi hallarda bank kartı məlumatları oğurlanmaqla yanaşı həmdə telefon zəngləri də dinlənilə bilər.

Ekspertlər hesab edir ki, kiberhücumdan qorunmaq üçün proqram təminatını daim yeniləmək və ən son versiyadan istifadə etmək lazımdır.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top