Birinci Qarabağ müharibəsinin şəhidi Mehdiabadda dəfn edildi

GÜNDƏM 07.06.2024 2988

Bu il aparılan ekshumasiya işləri nəticəsində kimliyi məlum olan 73 nəfərdən biri də 1962-ci il yanvarın 1-də Cəbrayıl rayonunun Doşulu kəndində dünyaya göz acan Şirinov Nazim Şirin oğludur. O, 1993-cü il oktyabrın 23-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. İgid hərbçimizin nəşinin qalıqları Füzulidə adsız qəbiristanlıqda tapılıb. Aprel ayında kimliyi məlum olan baş polis çavuşunun qalıqları iyunun 7-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində torpağa tapşırılıb.

"Saat24.az" xəbər verir ki, şəhidin nəşi Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyindən Mehdiabada ailə üzvlərinin yaşadığı evə gətirilib. Burada vida mərasimi təşkil edilib. Cənazə namazı qılınıb şəhidlərimizin ruhuna dualar oxunub.

Çıxış edənlər şəhidin qısa və şərəfli həyat yolundan danışıblar.

Sonra iştirakçılar Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanına üz tutublar.

Şəhid Şirinov Nazim Şirin oğlunun nəşinin qalıqları hərbi orkestrin ifasında səslənən Azərbaycanın Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dualar oxunub.

Dəfn mərasimində şəhidin yaxınları ilə yanaşı, Abşeron Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə veteranları və qəsəbə sakinləri iştirak ediblər.

XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top