Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak oldu

Sadə xəbər
CƏMİYYƏT 06.06.2024 2938

Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub.

Bu barədə "Saat24.az"a Müdafiə Nazirliyindən bildirilib.

"Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Əhmədov Sənan Nürəddin oğlunun iyunun 5-də paraşütdən atlama təlimi zamanı baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq edirik.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda vurğulanır.

Allah rəhmət eləsin!

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top