Daha iki rəis müavini işdən çıxarıldı

CƏMİYYƏT 02.05.2024 4263
Ədliyyə Nazirliyinin Maliyyə və təminat idarəsinin iki rəis müavini vəzifəsindən azad edilib.

"Saat4.az"ın Qaynarinfo-dan əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

Əmrə əsasən, Məmmədov Çingiz Ələddin oğlu və Cəfərov Cümşüd Əli oğlu rəis müavini vəzifəsindən azad edilərək, təqaüdə göndəriliblər.

Rəhimov Sənan Təyar oğlu isə idarənin rəisi olaraq təsdiqlənib.

Qeyd edək ki, bu ilin mart ayında Maliyyə və təminat idarəsinin rəisi vəzifəsinin icrası Sənan Rəhimova tapşırılmışdı.
 
XƏBƏR LENTİ
18.05.2024 3279

DİGƏR XƏBƏRLƏR

Loading
Top