Bəraət alan şirkət rəhbəri həbs edildi

CƏMİYYƏT 22.04.2024 2907
Ötən il bəraət alan "Protəmir İnşaat” şirkətinin rəhbəri İlyas Namazov həbs edilib.

"Saat24.az"ın "Qafqazinfo”dan əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi belə qərar qəbul edib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi məhkəmə heyəti prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib.

Qərara əsasən İ.Namazov 2 il 6 ay azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib.

Qeyd edək ki, İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Lakin Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb. Namazova dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilmişdi.
 
XƏBƏR LENTİ
23.07.2024 1292
22.07.2024 3317

DİGƏR XƏBƏRLƏR

Loading
Top