Dunay Bədirxanov: “Azərbaycanda Kosmik Aparatların İnkişaf Mərkəzi qurulacaq”

CƏMİYYƏT 12.04.2024 1920
“Azersky-2” proqramı çərçivəsində “Azersky-2A” və “Azersky-2B” peyklərinin hazırlanmasının bir hissəsi Azərbaycanda baş verəcək.

"Saat24.az" bildirir ki, bunu “Report”a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədr müavini Dunay Bədirxanov bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ölkədə Kosmik Aparatların İnkişaf Mərkəzinin qurulması planlaşdırılır.

“Artıq onun layihələndirilməsi məsələsinə başlanıb. Eyni zamanda hazırda peyk və yerüstü sistemin layihələndirilməsi prosesi davam edir. “Azersky-2B” peykinin inteqrasiyası və sınaqları tam olaraq Azərbaycanda həyata keçirilir. Ümumilikdə sistemin layihələndirilməsi proseslərində artıq “Azersky-2A” peykindən başlayaraq Azərbaycandakı mütəxəssislər iştirak edirlər”, - deyə o qeyd edib.

D. Bədirxanov vurğulayıb ki, ümumilikdə sistemin layihələndirilməsi proseslərində artıq “Azersky-2A” peykindən başlayaraq Azərbaycandakı mütəxəssislər iştirak edirlər: "Bildiyiniz kimi, peyklərin hazırlanmasını İsrailin “Israel Aerospace Industries” (IAI) şirkəti həyata keçirəcək. İsrailin müharibə vəziyyətində olması bizim kosmik layihələrimizə təsir etməyib. Yəni “Azersky-2” proqramı çərçivəsində fəaliyyətimiz plana uyğun davam edir. Ona görə də 2026-cı və 2028-ci illərdə peyklərin buraxılması hədəflərinə sadiq qalırıq".

Dunay Bədirxanovla müsahibəni tam şəkildə buradan oxumaq mümkündür.
 
XƏBƏR LENTİ
17.06.2024 2874

DİGƏR XƏBƏRLƏR

Loading
Top