![](https://cdn.saat24.az/uploadedfiles/custom/2024/4/10/1/c21a1cbe-af69-4c22-bf5d-6e89e5ce8ec3/???-????????-1.jpg)
Xankəndidə silah-sursat aşkar edilib.
Bu barədə "Saat24.az"a DİN-dən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat silahı, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.