Həyatınızda bəzi dəyişikliklər baş verəcək - Bürclər nə deyir?

CƏMİYYƏT 05.04.2024 2234

Astroloqlar 5 aprel 2024-cü il bürclər haqqında proqnozları açıqlayıblar.

"Saat24.az" həmin proqnozları təqdim edir:.

Qoç:
Gün ərzində enerjinizin azaldığını hiss edə, hisslərinizi ifadə etməkdənsə, gizlətməyə üstünlük verə bilərsiniz. Həyatınızda olan qadınlar ilə gərgin dialoqlarınız ola bilər. Sakit qalmaq və deyəcəkləriniz bir neçə dəfə düşünmək daha yaxşıdır. 

Buğa:
Karyera və işgüzar məsələlərlə bağlı iclaslar gündəminizdə olacaq. Sosiallaşmaq və dostlarınızla vaxt keçirmək istəyə bilərsiniz. Bu gün hisslərinizin və sevginizin qarşılığını görmək istəyəcəksiniz. 

Əkizlər: 
Karyera və iş həyatınızla bağlı məsələlərdə qeyri-müəyyənliklər ola bilər. Atdığınız addımların nəticəsiz qalmaması üçün bu gün addım atmamağınız daha yaxşı olardı. 

Xərçəng: 
Bu gün karyeranızla bağlı xoş xəbərlər ala bilərsiniz. Günün ikinci yarısında şansınızdan istifadə edərək, işinizin dəyər qazanması və qazanc əldə edə bilərsiniz. 

Şir:  
Maliyyə məsələlərində qeyri-müəyyənlik sizi narahat edə bilər, ancaq bunlardan asılı olmayaraq təhsilinizi planlaşdırmaq, hərəkətə keçmək və sizi məhdudlaşdıran enerjilərdən uzaqlaşmaq daha yaxşı olar.

Qız:
Bu gün hədiyyə ala və ya sürprizlərlə qarşılaşa bilərsiniz. Həyat yoldaşınız və ortaqlıqlarınızla bağlı məsələlər gündəminizdə olacaq. Duyğularınızı açmaq və ya hisslərinizi bölüşmək istəyə bilərsiniz.  

Tərəzi: 
İş həyatınızla bağlı qeyri-müəyyənliklər sizi ruhdan sala bilər, ancaq ortaqlıqların və ya işlədiyiniz insanların dəstəyini alacaqsınız. Partnyorunuzla bağlı sizi xoşbəxt edəcək xəbərlər ala bilərsiniz. 

Əqrəb: 
Hisslərinizi ortaya qoymaq və içinizdə gizlətdiyiniz şeyləri paylaşmaq istəyə bilərsiniz. Uşaqlarla bağlı bəzi problemlər yarana bilər, sağlamlıq məsələlərinə diqqət yetirməlisiniz.  

Oxatan: 
Ev və ailə həyatı ilə bağlı məsələlərdə gərginlik yarana bilər. Ailənizə və yaxınlarınıza emosional ehtiyac hiss edə bilərsiniz. Həyatınızda bəzi dəyişikliklər baş verəcək.

Oğlaq: 
Ətrafınızdakı insanların qayğısına qalacaq və bir müddətdir həll edə bilmədiyiniz məsələlər yenidən gündəmə gətirəcək.Gərgin ünsiyyətlər yaşaya bilərsiniz.

Dolça: 
Maliyyə və dəyər məsələlərində özünüzü məhdud hiss edə bilərsiniz. Hərəkətə keçmək istəsəniz də, emosiyalarınız sizə mane ola bilər. Maliyyə məsələlərinə qoyduğunuz sərmayələrdə diqqətli olmalısınız. 

Balıqlar: 
Bu gün özünüzü ifadə etmək və hisslərinizi paylaşmaq istəyə bilərsiniz. İnsanlarla ünsiyyətdə problemlər yarana bilər. Bir müddətdir beyninizdə olan fikirlər qəzəbinizi idarə etməyə mane ola bilər.

XƏBƏR LENTİ
13.07.2024 2884

DİGƏR XƏBƏRLƏR

Loading
Top