Dövlət Xidmətindən restoranlara XƏBƏRDARLIQ

CƏMİYYƏT 29.03.2024 2377

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində havaya normadan artıq tullantı atılıb.

"Saat24.az" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.

"Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər", - deyə xidmət rəisi bildirib.

H. Əlizadə əks halda qanun pozucularına İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcəyini bildirib.

XƏBƏR LENTİ
20.04.2024 2025

DİGƏR XƏBƏRLƏR

Loading
Top