Azərbaycanda "Prius"un qiyməti kəskin ucuzlaşdı

Sadə xəbər
CƏMİYYƏT 29.03.2024 2921
Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius”ların kütləvi satışına başlanılıb.

"Saat24.az" oxu.az-a istinadən xəbər xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub.

Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək.

Bu da ölkəmizdə taksi fəaliyyəti ilə kütləvi məşğul olan "Prius” markalı avtomobillərin qiymətinin enməsinə və satılmasına səbəb olub.

Belə ki, əvvəllər qiyməti 12 000 - 15 000 manat arası dəyişən "Prius” markalı avtomobillər alıcılara 10 000 - 10 500 manat arası təklif olunur.

XƏBƏR LENTİ
24.07.2024 2065

DİGƏR XƏBƏRLƏR

Loading
Top