Sabahın hava proqnozu açıqlanıb

Sadə xəbər
CƏMİYYƏT 21.03.2024 2893

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, gecəyə doğru isə arabir yağış yağacağı ehtimalı var. Axşam bəzi yerlərdə duman. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 5-7° isti, gündüz 8-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top