Yasamalda Novruzun gəlişi təntənə ilə qeyd edildi - FOTOLAR

Mədəniyyət 19.03.2024 2268


Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Hüseyn Cavid parkında rayon və paytaxt sakinlərinin iştirakı ilə Novruz bayramının gəlişi təntənəli şəkildə qeyd edilib.

"Saat24.az" xəbər verir ki, Novruz şənliyinə qatılan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov burada sakinlər və ictimaiyyət nümayəndələri ilə bayramlaşıb.

Bayram şənliyində, həmçinin ali məktəb rektorları, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri və qazilər, Yasamal rayon bələdiyyəsinin və rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak ediblər.

Bayram şənliyində bildirilib ki, xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan bu bayram ənənəvi olaraq xüsusi təmtəraqla, özünəməxsus adət-ənənələrlə qeyd edilir. Novruz bayramının dövlət tərəfindən yüksək səviyyədə qeyd olunması ənənəsi isə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda bu gözəl ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilir.

Qeyd olunub ki, bu bayramı biz ərazi suverenliyimizi tam bərpa edərək müzəffər xalq kimi qeyd edirik. Buna görə biz Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan əsgər və zabitlərinə borcluyuq.

Şən və yaddaqalan bədii proqram ilə çıxış edən incəsənət ustaları şəhərimizin ən gözəl istirahət məkanlarından olan Hüseyn Cavid parkını bayram ovqatı ilə bəzəyiblər. Novruzun əsas simalarından olan Kosa və Keçəlin zarafatları, milli geyimli oğlan və qızların rəqsi və incəsənət xadimlərinin konserti vətəndaşlar tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Əllərində baharın simvolu olan yaşıl səmənilər, şamlar, xonçalar tutmuş milli geyimli oğlan və qızlar rəngarəng rəqsləri ilə hamının alqışını qazanıblar. Teatrlaşdırılmış Novruz səhnəcikləri parkda toplaşan sakinlərin böyük rəğbətini qazanıb.















XƏBƏR LENTİ
20.04.2024 2018

DİGƏR XƏBƏRLƏR

Loading
Top