Sabahdan 7 günlük Novruz tətili başlayır

GÜNDƏM 19.03.2024 2151

Sabahdan, martın 20-dən Azərbaycanda Novruz bayramı ilə əlaqədar bir həftə (7 gün) qeyri-iş günü olacaq. 

"Saat24.az" xəbər verir ki, Nazirlər Kabinetinin “2024-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” qərarına əsasən, 2024-cü il martın 20-si, 21-i, 22-si, 23-ü və 24-ü Novruz bayramı günləri müəyyən edilib.

Martın 23-ü və 24-ü şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Azərbaycanın Əmək Məcəlləsinə əsasən, martın 25-i və martın 26-sı da qeyri-iş günləri olacaq.

Beləliklə, Novruz Bayramı ilə əlaqədar 7 gün ardıcıl (martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü, 25-i və 26-sı) qeyri-iş günləridir.

Azərbaycanda bayram tətilindən sonra növbəti iş günü martın 27-dir.

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top