İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanıldı

CƏMİYYƏT 13.03.2024 2383

İmişlidə silsilə oğurluqlarda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Saat24.az"a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində silsilə oğurluqlar törətməkdə şübhəli bilinən Məmmədli Alim saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, A.Məmmədli beş evə qanunsuz daxil olaraq zərərçəkmişlərin ümumilikdə 10 000 manatdan artıq pulunu və dəyəri 35 000 manata yaxın olan qızıl-zinət əşyalarını oğurlayıb.

Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

A.Məmmədlinin digər analoji cinayət hadisələrində iştirakının olub-olmaması araşdırılır.

XƏBƏR LENTİ
17.04.2024 3201

DİGƏR XƏBƏRLƏR

Loading
Top