Ədliyyə Nazirliyinin rəsmisi: Qohum evlilikləri qadağan olunarsa, zamanla qəbul ediləcək

GÜNDƏM 12.03.2024 2060
Qohum evlilikləri qadağan olunarsa, zamanla qəbul ediləcək.

"Saat24.az" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin 7 saylı "ASAN xidmət" Mərkəzindəki Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova deyib.

Onun sözlərinə görə, qohum evliliklərinin qarşısını qeydiyyat şöbələrində almaq mümkün deyil: "Çünki dövlət qurumuna gələn şəxslər artıq qərar vermiş olurlar. Ona görə də məsələ qanunvericiliklə tənzimlənməlidir".

R.Manafova bildirib ki, əvvəllər cəmiyyətdə nikahdan öncə tibbi müayinədən keçmək məsələsi də etiraz doğurmuşdu: "Hazırda hər kəs normal şəkildə nikaha daxil olmazdan əvvəl tibbi müayinədən keçir. Qohum evlilikləri də qadağan olunarsa, ilk vaxtlarda fərqli yanaşma mümkündür, ancaq zamanla qəbul ediləcək".

Bakı Nikah Evinin müdiri İradə İsgəndərova isə vurğulayıb ki, Səadət Sarayında 2022-ci ildə 10 nəfər, 2023-cü ildə 6 nəfər, 2024-cü ildə 2 nəfər müraciət edərək qohumluq əlaqəsi olan şəxslə evlənmək istədiyini bildirib: "Onlar ərizə verib və nikahları qeydə alınıb".
 
XƏBƏR LENTİ
20.04.2024 2025

DİGƏR XƏBƏRLƏR

Loading
Top