Mərkəzi Aran Regional Təhsil İdarəsinin İ.Zeynalov adına 2 nömrəli tam orta məktəblə bağlı açıqlaması

Sadə xəbər
CƏMİYYƏT 11.03.2024 577

Saat24.Az  xəbər verir ki, Mingəçevir şəhər İ.Zeynalov adına 2 nömrəli tam orta məktəbin infrastrukturunun və maddi-texniki bazasının yaxşı olmaması ilə bağlı yayılan görüntülərə Mərkəzi Aran Regional Təhsil İdarəsi rəsmi açıqlama verib. Açıqlamada deyilir:


"Ötən günlərdə kütləvi informasiya vasitələrində Mingəçevir şəhər İ.Zeynalov adına 2 nömrəli tam orta məktəbin infrastrukturunun və maddi-texniki bazasının yaxşı olmaması barədə görüntüləri əks etdirən məlumat yayımlanmışdır.

Bildiririk ki, yayımlanan məlumatda əks olunan paylaşımın bir hissəsi məktəbin uzun müddətdir istifadəsiz qalan korpusuna aiddir və həmin korpus hazırda tədris prosesi və tədrisə yardımçı məqsədlər üçün istifadə olunmur.

Əlavə olaraq bildiririk ki, son 5 il ərzində Mingəçevir şəhərində 1 yeni məktəb binası tikilib, 3 məktəb binası isə əsaslı təmir-bərpa olunub. Hal-hazırda da 1250 şagird yerlik Mingəçevir şəhər İ.Kişiyev adına 17 nömrəli tam orta məktəbdə əsaslı təmir-bərpa işləri aparılır və növbəti tədris ilindən adıçəkilən məktəb binasının müəllim və şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur. Bununla yanaşı cari tədris ilində Mingəçevir şəhər N.Nərimanov adına 1 nömrəli və İ.Qayıbov adına 10 nömrəli tam orta məktəblərində cari təmir işləri aparılıb, payız-qış mövsüminin başlanılması ilə əlaqədar isə 12 təhsil müəssisəsinə yeni istilik sistemi çəkilib və təmir olunub"
XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top