Zərdab Dövlət Yol Patrul xidmətinin əməkdaşları xanım sürücüləri və piyadaları təbrik edib-Foto

Sadə xəbər
CƏMİYYƏT 08.03.2024 11898

Zərdab rayon polis şöbəsinin Dövlət Yol Patrul xidmətinin əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib.

Saat24.Az xəbər verir ki, onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər.DYP -nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri  təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar.

Bayram münasibətilə həmçinin  piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.
Xanım sürücülər göstərilən diqqət və qayğı üçün Azərbaycan Respublikasının Daxili işlər naziri Vilayət Eyvazova və Zərdab rayon polis şöbəsinin rəhbərliyinə təşəkkür ediblər..
Saat24.Az  Coşqun Abdullayev 

XƏBƏR LENTİ

DİGƏR XƏBƏRLƏR

Loading
Top