Bakıda və bir sıra rayonlarda görünüş məsafəsi məhdudlaşıb

Sadə xəbər
CƏMİYYƏT 07.03.2024 1830
Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov "Saat24.az"a bildirib ki, görünüş məsafəsi Bakı və Abşeron yarımadasında, Qobustan, Quba, Qusar, Zərdab, İmişli, Cəfərxan, Biləsuvar, Lənkəranda 500 metrədək məhdudlaşıb.

Xidmət rəisinin sözlərinə görə, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır:

“Duman ilin keçid dövrləri üçün xarakterik olan və sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir. Dumanlı hava şəraitinin bu gün gündüz saatlarınadək davam edəcəyi gözlənilir”.
 
XƏBƏR LENTİ
11.10.2024 3677

DİGƏR XƏBƏRLƏR

Loading
Top